...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2008 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir I.Xəlilova/ Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,0018 bənd (0,18 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,81052 manat səviyyəsində müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8115 manat səviyyəsində oktyabrın 23 - də, minimal məzənnə sentyabrın 20 - də (1 ABŞ dollarına görə 0,8093 manat) təyin edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

13 oktyabr

0,8099

20 oktyabr

0,8093

14 oktyabr

0,8087 

21 oktyabr

0,8095

15 oktyabr

0,8091

22 oktyabr

0,8112

16 oktyabr

0,8092

23 oktyabr

0,8115

17 oktyabr

0,8092

24 oktyabr

0,8111  

Həftə ərzində orta

0,80922

Həftə ərzində orta

0,81052

Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0025 bənd (0,25 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,8088 manat səviyyəsində müəyyən edilib.

Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8106 manat səviyyəsində oktyabrın 24-də,  minimum məzənnəsi isə oktyabrın 21-də (1 ABŞ dollarına görə 0,8075 manat) müəyyən edilib.

Həftə ərzində BEST-də eyni gündə valyutalaшdыrыlmaqla (T+0) əqdlər bağlanыb: oktyabrın 23 - də 0,8081 AZN/USD məzənnə ilə $21,096 mln., oktyabrın 21-də - 0,8089 AZN/USD məzənnə ilə $33,862  mln., oktyabrın 22-də -  0,8089 AZN/USD məzənnə ilə $2,6 mln., oktyabrın 23 - də - 0,8089 AZN/USD məzənnə ilə $8 mln., oktyabrın 24 - də -  0,8106 AZN/USD məzənnə ilə $8,171 mln.

Manatın dollara nisbətdə birja məzənnəsi

13 oktyabr

0,8089

20 oktyabr

0,8081

14 oktyabr

0,8075

21 oktyabr

0,8075

15 oktyabr

-

22 oktyabr

0,8089

16 oktyabr

0,8086

23 oktyabr

0,8089

17 oktyabr

0,8086

24 oktyabr

0,8106

Həftə ərzində orta

0,8084

Həftə ərzində orta

0,8088

Dilerlər tərəfindən tələbat olmadığı üçün, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb. Banklar tərəfindən BEST-ə RUB/AZN və EUR/AZN alətləri üzrə sifarişlər çıxarılmayıb.

Oktyabrın 20 - dən 23 - dək EUR/AZN T+0 aləti üzrə 6, 2 manata bərabər həcm qeydə alınıb. Oktyabrın 23-də ortaölçülü məzənnə 1 EUR-a görə 1,0363 manat olmaqla 1552950 manat, oktyabrın 21-də 540679 manat (məzənnə 1 EUR-a görə 1,0795 manat), oktyabrın 20-də 4138960 manat (məzənnə 1 EUR-a görə 1,0922 manat) həcm qeydə alınıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti 1 manat azalıb və 17 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin  müddəti 2010-cu il yanvarın 1-də başa çatır.

Xəbər lenti

Xəbər lenti