...

AYİB 2008-ci ildə Azərbaycan banklarına daha iki kredit xətti açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir N.İsmayılova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilin sonunadək iki Azərbaycan bankı ilə 43,5 mln. avro məbləğində kredit müqaviləsi imzalamağı planlaşdırır. Bu barədə Trend -a AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Frensis Deley bildirib. O, bankların adını açıqlamayıb.

Birinci müqavilə ipotekanın maliyyələşdirilməsi üçün 7,5 mln. avronun ayrılmasını nəzərdə tutur. AYİB ikinci müqavilə çərçivəsində 36 mln. avro həcmində sindikatlaşdırılmış kredit təşkil edəcək ki, bunun da 7,5 mln. avrosu AYİB tərəfindən ayrılacaq.

"Kreditin qalan hissəsi sindikat qismində tərəfdaşlarımızdan alınacaq. Bu sindikatların uğuru, tərəfdaşlarımızın nə dərəcədə riskə getməsindən asılı olacaq. Hazırkı bazar şəraitində bunu qabaqcadan demək çətindir", - deyə Deley bildirib.

Bank sektorunun gücləndirilməsi üçün AYİB bu il 60 mln. avro ayırmağı planlaşdırır. Bu məbləğ kiçik və orta biznes, ipoteka kreditləşməsi, mikromaliyyələşdirməyə dəstək üçün nəzərdə tutulub. Avropa Bankı yazda "AGBank" və "Azerdemiryolbank" üçün 29 mln. dollar təsdiq edib. Bu gün Avropa Bankı Azərbaycanda səkkiz bank ilə işləyir.

Azərbaycanda fəaliyyətə başladığı vaxtdan Avropa Bankının Azərbaycandakı layihələrdə şəxsi maliyyələşdirmə portfeli 1 mlrd. dollar təşkil edir, birgə maliyyələşdirilmiş layihələrə gəldikdə isə, portfel 4 mlrd. dollara çatır.

Məqalə müəllifi ilə əlaqə üvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti