Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,8085 manat səviyyəsində müəyyən edilib.
Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8097 manat səviyyəsində noyabrın 4 - də, minimal məzənnə noyabrın 6 - da (1 ABŞ dollarına görə 0,8077 manat) təyin edilib.
Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi | |||
27 oktyabr | 0,8116 | 3 noyabr | 0,8087 |
28 oktyabr | 0,8127 | 4 noyabr | 0,8097 |
29 oktyabr | 0,8116 | 5 noyabr | 0,8078 |
30 oktyabr | 0,8087 | 6 noyabr | 0,8077 |
31 oktyabr | 0,8095 | 7 noyabr | 0,8086 |
Həftə ərzində orta | 0,81082 | Həftə ərzində orta | 0,8085 |
Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0015 bənd (0,15 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,8083 manat səviyyəsində müəyyən edilib.
Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi noyabrın 3 - 4 də 1 ABŞ dollarına görə 0,8092 manat səviyyəsində, minimum məzənnəsi isə noyabrın 5 - 7 - də (1 ABŞ dollarına görə 0,8077 manat) müəyyən edilib.
Həftə ərzində BEST-də eyni gündə valyutalaşdırılmaqla (T+0) əqdlər bağlanıb: noyabrın 3 - də 0,8092 AZN/USD məzənnə ilə 1,475 mln. $, noyabrın 4 - də - 0,8092 AZN/USD məzənnə ilə $3,072 mln., noyabrın 5 - də - 0,8077 89 AZN/USD məzənnə ilə 1,3 mln., noyabrın 6 - da - 0,8089 AZN/USD məzənnə ilə $10,83 mln ., noyabrın 7-də - 0,8077 AZN/USD məzənnə ilə $4,01 mln.
Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi | |||
27 oktyabr | 0,8116 | 3 noyabr | 0,8087 |
28 oktyabr | 0,8127 | 4 noyabr | 0,8097 |
29 oktyabr | 0,8116 | 5 noyabr | 0,8078 |
30 oktyabr | 0,8087 | 6 noyabr | 0,8077 |
31 oktyabr | 0,8095 | 7 noyabr | 0,8086 |
Həftə ərzində orta | 0,81082 | Həftə ərzində orta | 0,8085 |
Manatın dollara nisbətdə birja məzənnəsi | |||
27 oktyabr | 0,811 | 3 noyabr | 0,8092 |
28 oktyabr | 0,8127 | 4 noyabr | 0,8092 |
29 oktyabr | 0,8127 | 5 noyabr | 0,8077 |
30 oktyabr | 0,8085 | 6 noyabr | 0,8077 |
31 oktyabr | 0,8092 | 7 noyabr | 0,8077 |
Həftə ərzində orta | 0,81082 | Həftə ərzində orta | 0,8083 |
Dilerlər tərəfindən tələbat olmadığı üçün USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb. Banklar tərəfindən BEST-ə RUB/AZN və EUR/AZN alətləri üzrə sifarişlər çıxarılmayıb.
Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişməyib - 17 manat təşkil edib.
Özəlləşdirmə çeklərinin müddəti 2010 - cu il yanvarın 1- də başa çatır.