Azərbaycan, Bakı, 12 noyabr/ Trend /Asiya İnkişaf Bankının (AİB) rəhbəri Haruhiko Kuroda (Haruhiko Kuroda) Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq proqramının (CAREC) noyabrın 20-21-də Bakıda keçiriləcək yeddinci nazirlər konfransında iştirak edəcək, - AİB-in məlumatında bildirilir.
Konfransda ticarət, energetika və nəqliyyatı əhatə edən vacib regional strategiyalar müzakirə ediləcək.
AİB-in rəhbəri Gürcüstan və Ermənistana da səfər edəcək.