...

Azərbaycanda Sahibkarlığa Yardım Milli Fondunun rəhbəri vəzifəsinin müvəqqəti icraçısı təyin edilb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2008 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir İ.Xəlilova/ İqtisadi inkişaf naziri (İİN) Şahin Mustafayefin sərəncamı ilə Sahibkarlığa Yardım Milli Fondunun (SYMF) icraçı direktorunun yeni müavini təyin edilib. O, müvəqqəti olaraq Fondun direktoru vəzifəsini icra edəcək. Bu barədə məlumat çərşənbə axşamı hökumətdəki səlahiyyətli mənbələrdən əldə olunub. SYMF direktoru vəzifəsinin müvəqqəti icraçısı Şirzad Abdullayev təyin edilib. O, bu təyinatadək Azərbaycan Milli Bankının Hüquq Departamentinin direktor müavini vəzifəsini tutub.

İqtisadi İnkişaf Nazirliyindən təyinat barədə məlumatı təsdiq ediblər.

Abdullayev iqtisad elmləri doktoru elmi dərəcəsinə malikdir.

"O özünü bu sahədə təcrübəli əməkdaş kimi xarakterizə edib", - deyə hökumətdən bildriblər.

Yeni nazirin təyinatından sonra (Əvvəllər bu vəzifəni Heydər Babayev tuturdu) noyabrın əvvəlindən İqtisadi İnkişaf Nazirliyində kadr dəyişikliklərinə başlanıb. Şahin Mustafayevin sərəncamı ilə İİN yanında Dövlət Antiinhisar Xidməti rəhbərinin vəzifələrinin müvəqqəti icraçısı Elçin Zeynalov, İstehlakçı Bazarı üzərində Nəzarət üzrə Dövlət Xidməti rəhbəri vəzifələrinin müvəqqəti icrasçısı Aslan Cəfərov və Sahibkarlığa Yardım Milli Fondunun icraçı direktoru Xaliq Məmmədov vəzifələrindən kənarlaşdırılıblar.

Onların vəzifələrini keçmiş müavinləri icra edir.

İqtisadi inkişaf naziri əvvəllər struktur rəhbərlərinin vəzifələrindən uzaqlaşdırılmasını, onların fəaliyyətlərində nöqsanlar olması ilə izah edib. Bununla əlaqədar yoxlamalar aparılacaq. Onun sözlərinə görə, bu strukturların gələcək fəaliyyəti sahibkarlığın fəaliyyətinə əngəl deyil, inkişafına dəstək üzərində qurulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti