...

United Credit Bank vasitəsilə kommunal və rabitə xidmətlərinin ödənişi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2008 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend / United Credit Bank oktyabrdan müştərilərə öz bankomatları vasitəsilə kommunal xidmətlərə və telefon rabitə xidmətlərinə görə hesabların ödənilməsi imkanını təklif edir. Bu barədə bankın cümə axşamı yayılan məlumatında bildirilir. Müştərilər plastik kart vasitəsilə bu bankomatlardan elektrik enerjisindən, təbii qazdan istifadəyə və digər kommunal xidmətlərə görə, eləcə dəAztelekom və mobil rabitə operatorlarının (Azercell, Bakcell, NarMobile) xidmətlərinə görə hesablarını ödəyə bilərlər.

Xidmətin istifadəyə verildiyi birinci ay ərzində bankomatların bu yeni imkanından istifadə edənlərin sayı artır. Onların arasında telefon xidmətlərinə görə ödəniş həyata keçirənlər xüsusi yer tutur. Yeni xidmət mobil telefon abunəçilərinə bankomatlar vasitəsilə balanslarını artırmaq imkanı verir.

Kommunal və rabitə xidmətlərinin ödənişi günün istənilən vaxtında United Credit Bank - ın istənilən bankomatı vasitəsilə həyata keçirilə bilər. Bu da müştərilərin vaxtlarına qənaət olunmasını təmin edir.

Yerinə yetirilən hər əməliyyat üçün bankomat tərəfindən ödənişi təsdiqləyən çek verilir. Ödənişləri həyata keçirərkən müştəridən komisyon tutulmur.

United Credit Bank ASC 1996 - cı ildən fəaliyyət göstərir. Bank mərkəzi ofisi və 5 filialı vasitəsilə hüquqi və fiziki şəxslərə geniş çeşiddə maliyyə xidmətləri təklif edir. O, Bakı Fond Birjasının təsisçilərindən biri, SWIFT, Bakı Banklararası Valyuta Birjasının üzvü və Mütəşəkkil Banklararası Kredit Bazarının fəal iştirakçısıdır. "Yunayted Kredit Bank" ASC dünyanın aparıcı bankları ilə sıx əlaqələri, Avstriya, Belçika, Türkiyə, Rusiya Federasiyası, Qazaxıstan kimi ölkələrin aparıcı banklarında müxbir hesabları var. Rusiya Federasiyasının ən böyük banklarından olan "Rusiya Əmanət Bankı" ilə birbaşa müxbir münasibətlərin olması bankın korporativ müştərilərinə Rusiya Federasiyasında fəaliyyət göstərən tərəfdaşları ilə real vaxt rejimində işləməyə imkan verir.

Bank müştərilərə Western Union, Express, Migom, Privat Money, Lider kimi beynəlxalq pul köçürmə sistemləri təklif edir.

Xəbər lenti

Xəbər lenti