...

Noyabrda Bakıda torpaq bazarı ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2008 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Noyabrda Bakıda ən bahalı torpaq sahəsi, bir sotu 390 min dollara, Bakının Nəsimi rayonunda, ən ucuz - bir sotuə 350 dollara, Suraxanı rayonunda təklif edilib, - MBA Group Konsaltinq Şirkətindən çərşənbə günü bildiriblər.

"Noyabrda bir sot torpağın qiyməti oktyabra nisbətən 2,8 faiz - 24,28 min dollaradək azalıb", - şirkətdən bildiriblər.

Noyabrda qiymətlərdə ən fəal dəyişikliklər Bakının Şıxov, Masazır, Binə, Buzovna qəsəbələrində olub.

Cədvəl noyabrda qiymət dəyişmələrini göstərir:

Şəhərin zonası

Bir sotun qiyməti, $

Qiymətlərdə orta dəyişiklik, faizlə

I zona

232106

-0,7

II zona

135802

5,6

III zona

32762

-8,5

IV zona

5559

-7,7

Noyabrda bazara təklif edilmiş 837 ha torpağın 62 faizini boş sahələr təşkil edib, qalanları qeyri-yaşayış və köhnə yaşayış məntəqələrinin payına düşür.

Noyabrda ilk dəfə yaşayış evlərinin tikintisinin başladığı torpaq sahələrinin ərazisi yeddi faiz təşkil edir, 31,2 faiz köhnə məişət obyektlərinin payına düşür, qalan torpaqlar əvvəllər tikinti üçün istifadə edilməyib.

Noyabrda torpaq bazarında ekspozisiya müddəti 10,5 faiz - 226 günədək artıb ki, bu da ölkənin maliyyə bazarındakı vəziyyətlə əlaqədardır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti