...

Dünya maliyyə böhranı Azərbaycanda sığorta fırıldaqlarının artmasına səbəb olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2008 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr/ Trend / Azərbaycan banklarının kreditləşdirmə templərini azaltması nəticəsində ölkədə sığorta dələduzluğu halları artıb, - "Maliyyə və iqtisadi tədqiqatlar konsaltinq" MMC-nin ekspertləri hesab edirlər. [Banklar dünya maliyyə böhranının təsiri altında avqustun ortalarında kreditlərin verilməsini məhdudlaşdırıblar və daha mühafizəkar siyasət aparırlar.]

"Fırıldaqçılığın sayını artıran peşəkar dələduzlar siyahısına öz çətin maddi durumlarını sığortaçıların hesabına düzəltməyə ümid edən "həvəskarlar" da əlavə olunur", - ekspertlər hesab edirlər.

Onların rəyinə görə, yaranmış vəziyyətlə əlaqədar olaraq, qeyri-peşəkar səviyyədə dələduzluq hadisələrinin daha çox olacağı gözlənilir. Son vaxtlar vətəndaşların əksəriyyətinin gəliri azalıb və bu, onlarda sığorta ödəmələrində "qazanmaq" kimi fikir yarada bilər. Buna görə sığorta hadisələri və ödəmələr üçün lazımlı olan sənədlərin saxtalaşdırılması cəhdləri çoxala bilər.

Sığorta şirkətləri gözləyir ki, birinci, bankın borc alanları fırıldağa əl atacaq, çünki bu vəziyyətdə avtokrediti ödəməyə onların gücü çatmayacaq. Borcu qaytara bilməyən müştərilər avtomobilin məhvini saxtalaşdırmağa çalışacaqlar.

Hazırda sığorta şirkətləri yol nəqliyyat hadisələrinin fırıldaq yolu ilə səhnələşdirilməsi halları ilə daha tez-tez rastlaşırlar. Belə hallarda əvvəllər zədələnmiş maşını sığortalı avtomobil və həmin avtomobil sürücüsünün məsuliyyət sığortası kimi qələmə verirlər. Lakin ekspertlər "avtomülki sığorta" ilə olan fırıldaqçı əməllərin ən populyar növünün - yol nəqliyyat hadisələrində günahkarın dəyişdirilməsi növünün - azalmasını güman edirlər. Sığorta olunmamış sürücü onun zərərini elə hadisə yerində nəqd olaraq ödəyir və sığorta ödəməsi alırdı. Lakin indi uzun sığorta təcrübəsi olan sürücülər günahı öz üzərilərinə götürməkdən boyun qaçırırlar. Axı son vaxtlar məlum səbəblərdən sığorta şirkətləri yol nəqliyyat hadisələrində günahkar olanlar üçün tarifləri qaldırıblar. Fərsiz sürücülər üçün müqavilələrin yenidən bağlanması halında tariflərə olan əlavə 20% və daha artıq təşkil edə bilər.

Belə halların qarşısının alınması məqsədilə sığorta şirkətlərinin bir-birilə  əməkdaşlığı, informasiya mübadiləsi həmişə uğurlu alınmır. Beləki, sığorta bazarında birinciliyi əldə etmək uğrunda rəqabət buna mane ola bilir, - təşkilatın ekspertləri hesab edirlər.

Statistikaya əsasən, dələduzluğa qarşı hazırkı müqavimət sxemi yüksək effektivliklə işləyir və artıq sığorta hadisəsinin tənzimlənməsi mərhələsində sığorta şirkətlərinə fırıldaqçıları ifşa etmək üçün imkan yaradır. Bir qayda olaraq, sığortaçılar dələduzlara ödənişdən imtina edir, onlar isə cəzadan qorxduqları üçün təkid etmirlər. Belə üsulla, hadisələrin 90%-də sığortaçı fırıldağın aşkarlanmasına nail ola bilir. Bütün qərarlar ekpertiza rəyinin nəticələri və səlahiyyətli orqanların qətnamələri əsasında qəbul edilir. Əgər müştəri dələduzluq faktini qəbul etmirsə, şirkət bu halda hüquq-mühafizə orqanlarını da təhqiqata cəlb edir.

Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Azərbaycan Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-sentyabrda şirkətlər 146,4 mln. manat sığorta haqqı toplayıb. Ödənişlər 36,82 mln. manat təşkil edib.

Dekabrın 13-nə olan cari mübadilə məzənnəsi - 0,806 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti