...

Azərbaycanın Maliyyə Nazirliyinin ilk sığorta bələdçisi nəşr olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2008 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsi ilk dəfə olaraq "Sığorta bələdçisi" buraxıb, - şöbənin rəhbəri Namiq Xəlilov bazar ertəsi bildirib.

"Sığorta bələdçisi ictimaiyyətin, KİV və bütün qurumların gündəlik həyatda sığortanın vacibliyi barədə məlumatlandırılması məqsədilə nəşr edilib", - Xəlilov deyib.

Bələdçi 37 səhifədən ibarətdir və sığorta haqqında, sığorta sinifləri, sığorta müqavilələrinin bağlanılması, sığorta bazarının və zərərlərin tənzimlənməsi  və bur sıra digər məsələlərlə  bağlı məlumatları əhatə edir.

Azərbaycanda 28 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir. Yanvar-sentyabrda sığorta şirkətlərinin sığorta haqları 146,41 mln. manat, ödənişləri 36,82 mln. manat təşkil edib.

Dekabrın 29-na olan cari mübadilə məzənnəsi -- 0,8005 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti