...

Ötən il BSŞ üçün ən uğurlu illərdən biri olub: Beynəlxalq Sığorta Şirkətinin Satış və Marketinq Departamentinin rəisi ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 15:59 (UTC +04:00)
Ötən il BSŞ üçün ən uğurlu illərdən biri olub: Beynəlxalq Sığorta Şirkətinin Satış və Marketinq Departamentinin rəisi ilə müsahibə

Azərbaycan, Bakı, 30 yanvar/ Trend /

Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) Satış və Marketinq Departamentinin rəisi Elşad Əliyevlə müsahibə

- Beynəlxalq Sığorta Şirkəti üçün 2008 - ci ilin yekunları necə olub?

- Ötən il fəaliyyətimizdə ən uğurlu illərdən biri olub. Uğurlar Beynəlxalq Sığorta Şirkəti əməkdaşlarının məqsədyönlü və yüksək ixtisaslı işi və əlbəttə , şirkət rəhbərliyi və təsisçimiz - Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən qarşımıza qoyulmuş dəqiq vəzifələr sayəsində əldə edilib.

Bizim uğurumuzun tərkib hissələrindən biri şirkətimizin 2008 - ci ilin əvvəlində tətbiq etdiyi yenilik olub. BSŞ Azərbaycanın sığorta bazarında, Qafqazda analoqu olmayan informasiya texnologiyalarının tətbiqi vasitəsilə müştərilərə göstərilən servisin səviyyəsini artırmış yeganə şirkətdir. Beləliklə, bütün müştərilərimiz Azərbaycan Beynəlxalq Bankının bankomatları vasitəsilə polislərin ödənilməsini həyata keçirə bildilər.

Baker and Partners şirkətinin "Hansı sığorta şirkəti sizdə daha çox etibar doğurur?" mövzusunda 800 - dən çox respondent arasında apardığı sorğuya əsasən, Beynəlxalq Sığorta Şirkəti birinci yeri tutb. Və əlbəttə, bizim ən əsas nailiyyətimiz - "2008 - ci ilin ən yaxşı sığorta şirkəti" Milli mükafatıdır.

Ən mühüm məsələni qeyd etməmək olmaz - 2007 - ci ilin analoji dövrü ilə müqayisədə, yığılmış sığorta haqlarının həcmi 40 faizdən çox artıb.

- Satış sahəsində mütəxəssis kimi, hansı sığorta növünü ötən il tələbatı ən çox olan növlər sırasında göstərə bilərsiniz?

- 2008 - ci ilin yekunlarına görə, ən uğurlu sığorta növü tibbi sığorta olub. Bu  datəsadüfi deyil. Məhz sığortanın bu növündə bizdə xeyli artım müşahidə olunur. 2007 - ci illə müqayisədə, müqavilələrin sayı 51 faiz artdı, yığılmış sığorta haqlarının ümumi məbləği isə, nəzərdə tutulan nəticələri "ötüb keçdi" və yekunda sevinc hissi ilə 57 faiz artım müşahidə edə bildik.

- Belə heyranedici uğurun səbəblərini bilmək olarmı?

- BSŞ - nin bütün fəaliyyət dövrü ərzində böyük etibar, bizimlə dost korporativ münasibətlər saxlamaları, fəaliyyətimizdə iştirakları və bütün yeni təşəbbüslərdə yardım göstərdiklərinə görə müştərilərimizə böyük minnətdarlıq hissi duymuşuq və duyuruq! BSŞ üçün müştəri sadəcə,müştəri yox, həm də dost, dayaq və bizim böyük, korporativ ailənin bir hissəsidir. Öz növbəmizdə, daim yeniliklər tətbiq edir və sürətlə inkişaf edən xidmət sahəsi ilə ayaqlaşmağa çalışırıq. İş ondadır ki, tibbi sığortada məhz sürətli və keyfiyyətli xidmət amili böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar, xidmətlərin keyfiyyətinin artırılmasının tamamilə yeni, Avropa texnologiyasını tətbiq etdik. Həm dispetçerlərimiz, həm də müştərilərimizə nəzarət imkanı bu texnologiyanın bir hissəsidir. Bundan başqa, işlədiyimiz tibb idarələrinin sayını daim artırır və  müştərilərimizə ən münasib qiymətlər üzrə maksimal qorunma təqdim etməyə çalışırıq.

- Bildiyimiz kimi, yalnız satış şöbəsinin idarə edilməsi deyil, həm də şirkətin bütün marketinq strategiyası vəzifəsi üzərinizə qoyulub. Bu işdə  hər hansı nailiyyət müşahidə olunubmu?

- Şirkətin bütün nailiyyətlərində marketinq şöbəsi mühüm rol oynayır. Marketinq strategiyasının real hədəfləri və kursunu müəyyən edərək, çox şeyə nail olmuşuq. Bütün qüvvələr daha çox müştəri cəlb edilməsi və saxlanılmasına, müştəri bazası və satışların artırılmasına yönəldilib. Artıq söylədiyim kimi, bütün hədəflərə nail olunub - deməli, şirkətin marketinq siyasəti 100 faiz həyata keçirilib. Əsas vəzifələrlə yanaşı, şirkətin imicinin yaxşılaşdırılması üzrə də  xeyli layihə həyata keçirilib - bunlar xarici və elektron reklam, promo - aksiyalar, saytımızın tezliklə ictimaiyyətə təqdim olunacaq yenilənmiş variantı və şübhəsiz ki,  bizim üçün şərəf işi olmuş sponsorluq, eləcə də şirkətimizin imicinə müsbət təsir göstərmiş  bir sıra digər layihələrdir.

- Şirkətin cari ilə planları  barədə...

- Planlarımıza aşağıdakılar daxildir: müştəri şəbəkəsinin inkişaf etdirilməsi və müştəri "portfelinin" artırılması, yeni səmərəli  məhsul yaradılması və bazara tətbiqi, xidmət keyfiyyətinin maksimal dərəcədə artırılması, BSŞ  - nin mövcud filiallarının işinin səmərəliliyinin artırılması və ölkənin regionlarında yeni nümayəndəliklərin açılması. Marketinqin əsas gücü və büdcəsini imicin yüksəldilməsi, ictimai layihələrdə iştirak, fəal sponsorluq və bazarda brendimizin irəli çəkilməsinə yönəltmək qərara alınıb.

- Sürətlənən dünya böhranı ilə bağlı nə deyə bilərsiniz?  Böhran  BSŞ - yə toxunubmu?

- Maliyyə böhranı aktual mövzudur və bütün dünyanın iqtisadi sisteminə böyük təhdiddir. Buna baxmayaraq, ölkə rəhbərliyinin düzgün siyasəti nəticəsində, Azərbaycanın iqtisadi vəziyyəti sabit qalmaqda davam edir və hətta inkişaf edir. İnanıram ki, 2009 - cu ildə MDB - də ən dinamik iqtisadiyyatlı ölkə Azərbaycan olacaq.

BSŞ - yə gəldikdə isə, sevinclə qeyd etmək istəyirəm ki, "qabaqcadan deyilmiş böhrana" baxmayaraq, artıq yeni ilin birinci ayında çox yaxşı nəticələr qeydə almışıq. Bu müsbət faktlar və rəhbərlik tərəfindən düzgün işlənilmiş strategiya sayəsində cari ildə şirkətin bütün hədəflərinə uğurla nail olunacaq.

- bizim oxuculara və  eləcə də Azərbaycan vətəndaşlarına nə arzu edərdiniz?

- Hər kəsə rifah, maliyyə və maddi sabitlik arzu etmək istəyirəm. Bundan başqa, əlavə etmək istəyirəm ki, özünüzün, ailənizin və doğmalarınızın sağlamlığı, eləcə də əmlak və kapitalı Beynəlxalq Sığorta Şirkətinə etibar etməklə, özünüzü etibarlı əllərdə hiss edəcəksiniz...

Xəbər lenti

Xəbər lenti