...

Azercell fakturalı xətt abonentləri üçün yenilik tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2009 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral/ Trend / Fevralın 1-dən başlayaraq, Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom-un fakturalı xətt sisteminə qoşulmuş bütün abonentləri üçün bir sıra üstünlüklər tətbiq olunacaq, - şirkətin məlumatında deyilir.

Yeniliklərə 20 manat ilkin avansın olmaması; hətta hesabda vəsait olmadıqda belə danışmaq imkanı; danışıq hesablarından asılı olaraq kredit-limit məbləğini artırma imkanı daxildir.

Azercell fakturalı xətt abonentləri üçün ilkin minimal kredit-limit məbləği 30 manat, Azercell fakturalı xətt korporativ abonentləri isə 200 manatdır.

Fevralın 1-dən Azercell fakturalı xətt sisteminə yeni qoşulan abonentlərə, qoşulduqları ilk ayda danışıq hesablarının həcmindən və həmin hesabların vaxtında ödənilməsindən asılı olaraq , ikinci ayda fiziki şəxslərə kredit-limit məbləğinin 50 manatadək, hüquqi şəxslərə isə 300 manatadək artırmaq imkanı verilir.

2009-cu il fevralın 1-dək Azercell fakturalı xətt sisteminə qoşulmuş və fevralın 1-dən başlayaraq bu sistemə qoşulan abonentlər üçün qoşulduqları 3-cü aydan etibarən, kredit-limit məbləğinin müəyyən edilməsi son aylar üçün danışıq hesablarının həcmindən və hesabların vaxtında ödənilməsindən asılı olaraq həyata keçirilir.

Fevralın 1-dən başlayaraq danışıq hesablarının (fakturaların) ödənilməsi müddəti 45 günədək uzadılır. Danışıq hesablarının ödənilməsi həmin müddətdə (45 təqvim günü ərzində) həyata keçirilmədiyi təqdirdə növbətı gündən etibarən, xəttin ikitərəfli bağlanması ilə yanaşı, borc məbləğinin 20 faizindən artıq olmamaq şərti ilə gündəlik olaraq 0,1% həcmində gecikmə faizi tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti