...

Azərbaycan sığorta şirkəti sığorta fəaliyyəti üçün müddətsiz lisenziya alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2009 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir Ü.İsmayılova/  "Azərbaycan Maliyyə Nazirliyi Azərbaycan sığorta şirkəti AIG Caspian Insurance Company MMC-yə sığorta fəaliyyətini aparmaq üçün müddətsiz lisenziya verib", -  rəsmi mətbuat yazır.

Müddətsiz lisenziya şirkətə fevralın 5-də verilib.

Azərbaycanda müddətsiz lisenziyaların verilməsi 2008-ci ilin martında qəbul olunmuş "Sığorta fəaliyyəti haqqında" qanunda  nəzərdə tutulub.

AIG Caspian Insurance-ın təsisçiləri bunlardır: Azərbaycan tərəfi - 51 faiz və American Insurance Group (AIG) - 49 faiz. Şirkətin nizamnamə kapitalı - 3,5 milyon manatdır.

AIG (American International Group, Inc.) - sığorta və maliyyə xidmətləri sahəsində işləyən beynəlxalq təşkilatdır. AIG öz fəaliyyətini 130 ölkə və yurisdiksiyada həyata keçirir. AIG-yə daxil olan şirkətlər öz müştərilərinə - özəl korporasiyalar, ictimai təşkilatlar və fiziki şəxslərə - geniş ofis və nümayəndəliklər şəbəkəsi hesabına əmlak və məsuliyyət, həyat və sağlamlığın sığortalanması üzrə geniş xidmət spektri təqdim edir.

Xəbər lenti

Xəbər lenti