Azərbaycan, Bakı, 23 fevral/ Trend / AccessBank-ın biznes kredit portfeli 200 mln. dollar və 50 min nəfər müştəri həddini dəf edib. Bu barədə bankın məlumatında bildirilir.
Mikro kredit protfeli 100 milyonu ötərək, bankın, mikro və kiçik sahibkarlara maliyyə xidmətlərinin göstərilməsindən ibarət olan korporativ missiyasını nümayiş etdirib.
Mikro portfelin bu həddi keçməsi ilə əlamətdar olan kredit Xaçmaz filialında verilib - bu, Azərbaycanın regionlarında maliyyə resurslarına giriş imkanlarının genişlənməsinin göstəricisidir ki, AccessBank-ın missiyasını nəzərə alaraq, bu amil bank üçün xüsusi əhəmiyyət kəsb edir.
AccesssBank bu ayın ilk üç həftəsi ərzində 13 milyon ABŞ dolları məbləğində 4,5 mindən artıq mikro-biznes krediti verib. Bu nailiyyətin ayın cəmi ilk üç həftəsi ərzində əldə olunduğunu nəzərə alsaq, bu, rekord göstəricidir. Mikro və kiçik müəssisələrə kreditlərin verilməsi bankın spesializasiyasına aiddir. Bank, müştərilərin tələbatından asılı olaraq, onları 100 - 1 mln. dollar, manat və ya avro məbləğində kreditlərlə təmin edir.
AccessBank-ın Baş Meneceri Endryu Pospilovski, yeni nailiyyətlərin əldə olunmasını təqdir edərək bildirib: "Hazırki iqtisadi mühitdə biz, xidmətlərimizə tələbatın yalnız artdığını görürük. Hər gün daha çox sahibkar, hər zaman kreditlə əlaqədar müraciət edə biləcəyi və öz əmanətlərini etibar edə biləcəyi etibarlı bank tərəfdaşı əldə etmək məqsədi ilə AccessBank-a müraciət edir".
AccessBank Fitch Beynəlxalq reytinq agentliyi tərəfindən, Azərbaycanın özəl bankları arasında ən etibarlı bank elan edilib (BB+). AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.
Fevralın 23-nə olan cari məzənnə 0,8052 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]