...

Azərbaycanda bölgələrə yatırılan sərmayələr üzrə altı qat artım müşahidə olunur – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2009 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir N.İsmayılova, S.Əliyev / Son beş il ərzində Azərbaycan regionlarının inkişafına yatırılan dövlət sərmayələri altı dəfə artıb. Bu barədə bazar ertəsi iqtisadi inkişaf naziri Şahin Mustafayev "Gülüstan" sarayında 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının reallaşdırılmasının yekunlarına həsr olunan konfransda bildirib.

"2004-cü illə müqayisədə 2008-ci ildə ölkə regionlarının inkişafına yatırılan sərmayələr altı dəfə artaraq 3,9 mlrd. manata çatıb", - deyə Mustafayev bildirib.

Onun sözlərinə görə, sərmayələr ümumi dövlət sərmayələri həcminin 83 faizini təşkil edib.

"Bütün bölgələrdə yeni müəssisələr yaradılıb. Ölkənin bütün regionlarını əhatə edərək 27 500 müəssisə açılıb ki, bunun da 40 faizi regionların payına düşüb, - deyə Mustafyev bildirib, - və 766 min yeni iş yerləri açılıb ki, bunun da 80 faizi regionların payına düşüb".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti