Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir S.Əliyev /
Rusiyanın İranın Ənzəli limanından Həştərxana gedən "İnjener Nazarov" tankerinin matrosu Andrey Vladimiroviç Lyubavin kapitanın xahişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən dənizdə olan gəmidən evokuasiya edilib. Bu barədə cümə axşamı Respublika Dövlət Dəniz Administarsiyasından bildiriblər.
Zərərçəkənə ilk yardım Azərbaycanın Neftçala rayondakı liman məntəqəsinin tibb müəssisəsində göstərilib. Sonra isə o, dərhal Bakının klinikalarından birinə göndərilib.
Məlumatlı mənbələrdən məlum olub ki, özünə gələn matros Lyubavin bildirib ki, nasos bölməsinə daxil olan zaman benzin iyi hiss edib, bundan sonra yanğın baş verib, başqa heç nə xatırlamır. Ehtimallara görə, motros Lyubavinin başından zədə alması, huşunu itirərək yerə yıxılması zamanı baş verib.
Hazırda matros Lyubavin Bakının klinikalarından birindədir. Ona lazımi müalicə göstərilir. Tibbi müayinə nəticəsində onda 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri, qapalı kəllə-beyin travması və beyin sarsıntıları aşkar olunub. Onun vəziyyəti sabit-ağır qiymətləndirilir.
Hazırda gəmi Bakı limanındadır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]