...

Gürcüstan üçün "Şərq tərəfdaşlığı" çərçivəsində prioritet istiqamətlər ilk növbədə təhlükəsizlik və enerji daşıyıcıları olacaq - XİN başçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2009 14:12 (UTC +04:00)

Ukrayna, Kiyev, 27 fevral / Trend , müxbir Z.Novsvitski /

Gürcüstan üçün "Şərq tərəfdaşlığı" çərçivəsində prioritet istiqamətlər ilk növbədə təhlükəsizlik, eləcə də enerji daşıyıcıları, tranzit və nəqliyyat məsələləri olacaq. Bu haqda Kiyevdə Trend -a Gürcüstan XİN-in rəhbəri Qriqol Vaşadze deyib. O qeyd edib ki, "Şərq tərəfdaşlığı" bir proqram kimi hələ işlənmə mərhələsindədir.

"Hazırda elə bir şəxs yoxdur ki, bu proqramın nə ilə dolacağı barədə nəsə desin. Aydındır ki, bu, Avropa İttifaqı ilə regional əməkdaşlıq proqramıdır. Bu, həmin üzv ölkələrin demokratik standartlarının Aİ proqramına yaxınlaşdırılması deməkdir. Amma onun konkret nə ilə doldurulacağı Aİ və üzv ölkələrdən asılı olacaq", - o deyib.

Onun sözlərinə görə, bu istiqamətdə ilk növbədə GUAM çərçivəsində ümumi yanaşma hazırlamaq haqda razılıq var. "... Biz mart-aprel aylarında bunu ciddi şəkildə müzakirə etmək və qarşılıqlı razılıqlara gəlməyi planlaşdırırıq. İkitərəfli müqavilələrin imzalanması da istisna deyil", - Vaşadze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti