...

Azərbaycanın sığorta şirkəti mülkiyyət formasını dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2009 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir Ü.İsmayılova /  

"Azərbaycanın MBASK sığorta şirkəti mülkiyyət formasını Qapalı Səmhdar Cəmiyyət-dən (QSC) Açıq Səhmdar Cəmiyyət-ə (ASC) dəyişib", - rəsmi mətbuat xəbər verir. Qərar şirkətin səhmdarlarının ümumi toplantısında qəbul edilib.

Azərbaycanda sığorta şirkətlərinin mülkiyyət formalarının dəyişdirilməsi 2008-ci ilin martında qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanununda nəzərdə tutulub.

Azərbaycan sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən MBASK SŞ 29 növ sığorta xidməti təqdim edir ki, onlardan da dördü məcburidir. Şirkətin nizamnamə kapitalı 2 milyon dollardır. 2005-ci ilin yanvarından etibarən MBASK-ın səhmlərinin 30 faizi AYİB-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti