...

Azərbaycanda güclü makroiqtisadiyyat potensialı yaranıb – Milli Bankın idarə heyətinin sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2009 19:13 (UTC +04:00)
Azərbaycanda güclü makroiqtisadiyyat potensialı yaranıb – Milli Bankın idarə heyətinin sədri

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir İ.Xəlilova /

Maliyyə böhranının getdikcə artmasına baxmayaraq, 2008-ci ilin avqustundan Azərbaycan iqtisadiyyatının artma sürəti ikirəqəmli artımı nümayiş etdirir, - bu barədə cümə günü Azərbaycan Milli Bankının idarə heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə əsasən, 2009-cu ilin əsas məsələləri maliyyə böhranı şəraitində tədbirlərin analizi, böhrana qarşı proqramın hazırlanması, bank siyasəti, valyuta və məzənnə siyasəti məsələləridir.

"Hökumət böhrana qarşı proqram üzərində işləməkdə davam edir və bu gün konsensusa nail olunub", - deyə Rüstəmov bildirib. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən böhrana qarşı qabaqlayıcı tədbirlər ölkədəki stabilliyin qorunmasına şərait yaradacaq.

"Beynəlxalq təşkilatların fikrincə, Azərbaycan, hətta maliyyə böhranı şəraitində stabillik kriteriyalarına görə iqtisadi inkişaf, maliyyə stabilliyi reytinqi üzrə MDB, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrini qabaqlayır", - deyə Rüstəmov bildirib.

Onun sözlərinə əsasən, ölkədə güclü makroiqtisadiyyat potensialı yaranıb və bu gün Azərbaycan iqtisadiyyatında maliyyə ehtiyatlarının yaranmasına və iqtisadi islahatların keçirilməsinə şərait yaradan böhrana qarşı immunitet yaranıb.

"Bu vasitələrlə hərəkət edərək biz ölkənin iqtisadi və ictimai həyatını böhranın təsirindən maksimal dərəcədə qoruya bilərik", - deyə Rüstəmov bildirib.

Məqaləmüəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti