...

Bakının torpaq bazarında ucuzlaşma davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2009 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.İsmayılova /

Fevralda ən bahalı torpaq sahəsi (sotuna 320 min dollar ) Bakının Nərimanov rayonu bazarında, ən ucuz isə Sabunçu rayonunda (sotuna 350 dollar) təklif olunub, - cümə günü "Əmlak Bazarı İştirakçıları" ictimai təşkilatından bildirilib. 
Fevralda torpaq sahələrinin orta qiyməti 3,4 faiz azalaraq hər sot üçün 22,34 min dollar təşkil edib. 
Ötən ay ərzində qiymət artımı Bakının heç bir rayonunda gözlənilməyib. Qiymətlərin əhəmiyyətli dərəcədə - 3,9 faiz azalması Səbail rayonunun mərkəzində müşahidə edilib. 
Bakının torpaq bazarında fevral ayı ərzində 816,8 hektar ərazi təqdim olunub ki, bunun da 76, 7 faizini boş torpaqlar təşkil edir, qalanları isə qeyri-yaşayış və ya köhnə yaşayış yerləri olub. 
Torpaq sahələrinin ekzpozisiyasının müddəti dekabr ayında üç faiz artaraq 199 günə çatdırılıb ki, bu da maliyyə böhranının bazara təsiri nəticəsində baş verib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti