...

Azərbaycanda qiymətli kağızlar bazarının daha bir peşəkar iştirakçısının lisenziyasının fəaliyyəti dayandırılılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2009 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend /

Azərbaycanda Qiymətli Kağızlar üzrə Dövlət komitəsi (QKDK) tərəfindən 2007-ci ilin oktyabrın 19-da təsis edilən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan Iron Investments Azerbaijan MMC-nin "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlıq" qaydalarının tələblərinə əməl etməməsi səbəbindən lisenziyasının fəaliyyəti dayandırılıb, -  QKDK-dan bildirilib.

2006-cı ilin sentyabrında Iron Investments Azerbaijan şirkətinə diler fəaliyyəti üçün verilmiş 001357 və broker fəaliyyəti üçün verilmiş 001259 nömrəli lisenziyaların fəaliyyəti 2009-cu il martın 14-dən etibarən dayandırılıb.

Mart ayında həmçinin broker fəaliyyəti üçün verilmiş AGBankın aksioner-investisiya lisenziyası vaxtının ötməsi səbəbi ilə ləğv edilib. Bank müqavilənin vaxtının uzadılmasına hazırlaşmır, belə ki o, qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə məşğul olan xüsusi filial şirkət yaradır.

Bu gün bazarda fəaliyyət göstərən 33 peşəkar iştirakçı üzrə 13 lisenziya broker fəaliyyəti üçün, 10-u udiler fəaliyyəti üçün, 3-ü depozitar, biri krilinq, biri fond birjası fəaliyyəti üçün, 2-si qiymətli kağızların idarə edilməsi, 2-si isə qiymətli kağız sahiblərinin reyestrlərinin aparılmasına verilib.

Xəbər lenti

Xəbər lenti