...

Azercell yeni rouminq müqaviləsi bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2009 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend /

"Azercell Telekom" MMC ilə İsrailin "Pelephone" operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib. Bu, İsraillə dördüncü rouminq müqaviləsidir. Şirkətin məlumatlında deyilir.

"Azercell" abonentləri hazırda İsrailin "Mirs", "Partner" və "Cellcom" operatorlarının xidmətindən yararlanırlar.

"Azercell Telekom" MMC ölkənin ən böyük GSM operatorudur və indiyə kimi 148 ölkənin mobil rabitə operatorları ilə 375 rouminq sazişi bağlayıb.

Xəbər lenti

Xəbər lenti