...

Nar Mobile-ın GPRS rouminq tərəfdaşlarının sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend /

Azərbaycanın mobil rabitə operatoru Azerfon (Nar Mobile ticarət nişanlı) növbəti GPRS rouminq sazişlərini imzalayıb.

Şirkətin məlumatında bildirilir ki, GPRS rouminq sazişlərində Nar Mobile yeni tərəfdaşları İspaniyanın Wind Telecomunicazioni SpA, İndoneziyanın Telkomsel, Tanzaniyanın Vodacom, Ukraynanın Ukraine Radio System və Ukrtelecom, Şimali Afrikanın Cell C, Mavrikinin Emtel Limited mobil operatorları olub.

Ümumilikdə, Nar Mobile tərəfindən 48 ölkə ilə 77 GPRS rouminq sazişləri imzalanıb. 

Azerfon MMC mobil rabitə xidmətləri göstərilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin dekabrında lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də başlayıb. Nar Mobile şəbəkəsi Azərbaycanın 80 faizini əhatə edir. Hazırda MMC abunəçilərinin sayı 1,2 milyonu ötür

Xəbər lenti

Xəbər lenti