Azərbaycan, Bakı, 01 may / Trend /
"Bank Respublika"nın Bakı şəh., Sarayevo küç. 18Q ünvanında yerləşən Əhmədli filialı Western Union Financial Services, GmbH tərəfindən təşkil edilmiş "Top Country Teams 2008" (Ölkənin ən yaxşı komandaları 2008) proqramı üzrə "Bütün kateqoriyalar üzrə ən yaxşı məntəqə" nominasiyasında qalib elan olunub. Bu barədə bankın cümə günü yayılan məlumatında bildirilir.
Müsabiqədə, ölkə banklarının Western Union sistemi üzrə xidmət göstərən 40 məntəqəsi iştirak etmişdir. Hər bir məntəqənin qiymətləndirilməsi "mystery shopping" (gizli alıcı) metodu ilə müstəqil auditorlar tərəfindən keçirilmişdir. Qiymətləndirmə nəticəsində "Bank Respublika"nın Əhmədli filialı 2008-ci ilin yekunlarına görə "Bütün kateqoriyalar üzrə ən yaxşı məntəqə" elan edilib.
Məlumatda bildiriilr ki, "Bank Respublika" müştəri xidmətinin keyfiyyətinə böyük önəm verir və bu mükafatın qazanılması qarşıya qoyulmuş məqsədə nail olunmasının daha bir göstəricisidir.
"Bank Respublika" müxtəlif pul köçürmə sistemləri - Western Union, Contact, Migom, Bıstraya Poçta, Coinstar, PrivatMoney, Xpress Money, Blizko və Allur vasitəsi ilə əhaliyə təcili pul köçürmə xidmətləri göstərir. Hazırda "Bank Respublika" vasitəsi ilə pul köçürmələri dünyanın 200-dək ölkəsini əhatə edir. "Bank Respublika" vasitəsi ilə pul köçürmələri 1-15 dəqiqə ərzində həyata keçirilir. Köçürülən pul etibarlı müdafiə sistemi ilə qorunur.
Pul köçürmə xidmətlərini Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Quba, Xaçmaz, Lənkəran, Astara, Masallı, Cəlilabad, Yevlax, Bərdə, Şəmkir, Göyçay və Goranboy şəhərlərində "Bank Respublika"nın 32 filial və şöbəsi göstərir. Həmçinin Bakıda fəaliyyət göstərən Ofis24 həftənin bütün günləri 24 saat fasiləsiz pul köçürmə xidmətləri də göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]