Azərbaycan, Bakı, 05 may / Trend müxbir Ü.İsmayılova /
"Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci il müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib", - fondun çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Birdəfəlik maddi yardımlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 aprel 2009-cu il tarixli "1941-1945 -ci il müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" sərəncamına əsasən ödənilir.
Ayrılan pullar artıq onun alacaq insanların hesablarına köçürülüb. Sərəncam ümumilikdə 42639 nəfərə şamil olunub. Onlardan 5368 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və Sərəncama əsasən, onlara 150 manat məbləğində birdəfəlik yardım göstərilib. Leninqrad mühasirəsinin iştirakçılarına isə 100 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 37 271 nəfər təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]