...

Dörd ay ərzində Azərbaycanda təqribən 250 kiçik müəssisə və obyekt özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2009 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir N.İsmayılova /

Cari ilin dörd ayı ərzində Azərbaycanda təqribən 250 kiçik müəssisə və obyekt, həmçinin təqribən 190 obyektin yerləşdiyi torpaq sahələri özəlləşdirilib. Bu barədə Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində dörd səhmdar cəmiyyət (SC) yaradılıb. 16 hərracda 21 SC-nin səhmləri özəlləşdirilib.

İnvestisiya müsabiqələrinin keçirilməsi nəticəsində özəlləşdirilən müəssisələrə hesabat dövründə bu müsabiqələrin qalibləri tərəfindən 30 mln. manat sərmayə yatırılıb.

Ümumilikdə investisiya müsabiqələri nəticəsində özəlləşdirilən 82 müəssisəyə 430 mln. manat sərmayə yatırılıb və bu müəssisələrdə 12,5 min iş yeri açılıb.

Hesabat dövründə üç müəssisə - "Ceyranbatan Sutikintitəchizat", "İmishli Yol Tikinti" və "Respublika Stomatologiya Mərkəzi" özəl sahibkarlara keçib.

Cari ilin 1 may tarixinə qanunvericiliyə əsasən özəlləşdirmə prosesində 23,6 mln. dövlət özəlləşdirmə çeki və 10 mln. özəlləşdirmə opsionu ləğv edilib.

Mayın 6-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti