Azərbaycan, Bakı, 13 may / Trend /
"Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində istehlak bazarı üzərində nəzarət üzrə Dövlət Xidməti Şirvan şəhərində saxta sement satışı faktı aşkar edib", - nazirliyin məlumatında deyilir.
"Fiziki şəxs Tofiq Abdullayevə məxsus tikinti materialları satışı obyektində ümumi çəkisi 35,5 ton olan 710 kisə saxta sement aşkar edilib", - məlumatda bildirilir.
Aşkar edilən sement dövriyyədən çıxarılıb və laborator tədqiqata göndərilib.
Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 535 tona yaxın naməlum mənbəli sement aşkar edilib.