Qazaxıstan, Astana, 22 may / Trend , müxbir K.Arınova /
Gömrük İttifaqı 2010-cu il 1 yanvar tarixindən fəaliyyətə başlaya bilər. Bu barədə cümə günü Astanada Müstəqil Dövlətlər Birliyi Hökumət Rəhbərləri Şurasının növbəti iclasında Rusiya Baş nazirinin müavini İqor Şuvalov bildirib.
Onun sözlərinə görə, bu müddət Gömrük İttifaqı ilə bağlı bütün sənədlərin hazırlanması üçün müəyyən olunub.
Şuvalov bildirib ki, ötən il Rusiya, Qazaxıstan və Belarus prezidentləri tərəfindən prosesin bir il sürətləndirilməsi və 2010-cu il 1 yanvar tarixində dövlətlərin Gömrük İttifaqına daxil olması üçün mümkün olan hər şeyin edilməsi vəzifəsi qarşıya məqsəd qoyulub.
"Lakin bizim çətinliklərimiz oldu, xüsusilə də vahid gömrük tarifinin formlaşdırılması məsələsi ilə bağlı", - deyə Şuvalov bildirib.
Baş nazir müavininin sözlərinə görə, Qazaxıstan ilə 12 faiz razılaşdırılmamış mövqe qalıb.
"Mənə və mənim qazaxıstanlı həmkarım Umirzak Şukeyevə iyunun 9-dək bu problemlərin bütün açarlarının tapılması vəzifəsi tapşrılıb. Üç ölkə Baş nazirinin Moskvada keçiriləcək görüşündə biz tam həcmdə tarif təqdim etməliyik", - deyə Şuvalov bildirib.
Şuvalovun sözlərinə görə, ilin sonunadək vahid gömrük məcəlləsinin qəbul edilməsinə imkan var.
"Sənədlər artıq qəbul olunub, normativ baza var. 27-dən artıq beynəlxalq müqavilə artıq fəaliyyət göstərir, 20-sini isə təsdiq etmək lazımdır. Hesablamalara görə, bu yolun yarıdan çoxunu keçmişik", - deyə Şuvalov əlavə edib.
Onun sözlərinə görə, yeni qurumun 2010-cü il yanvarın 1-dən fəaliyyətə başlaması üçün heç bir problem yoxdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]