...

Azərbaycan Prezidenti Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2009 20:30 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Regional direktor Dünya Bankının Azərbaycan ilə uzun illər uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.  Əsəd Aləm təmsil etdiyi qurumun fəaliyyətinin əsas istiqamətlərindən birinin Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi uğurlara dəstək verməkdən ibarət olduğunu bildirib.  

Dövlətimizin başçısı iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlər əldə edən Azərbaycanın beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı ilə səmərəli əməkdaşlıq etdiyini bildirib və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti