...

ABŞ Gürcüstan Milli Bankına iri həcmli məqsədli qrant ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2009 11:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 may / Trend , müxbir N.Kirtsxalia /

ABŞ-ın Beynlxalq İnkişaf Agentliyi Gürcüstan Milli Bankına 3 290 000 dollar həcmində məqsədli qrant ayırıb. Vəsaitin ayrılması barədə sazişi Milli Bank prezidenti Giorgi Kadaqidze və ABŞ-ın Gürcüstandakı səfiri Con Teft imzalayıb.

Kadaqidze bildirib ki, bu saziş bank sektoru idarəçiliyinin inkişafı, tədarük və inteqrasiya edilmiş hesabat sistemi, həmçinin sərmayələrin idarə olunması sisteminin tətbiqinə konkret yardım üçün lazımi alətlərə dəstək məqsədi daşıyır.

Onun sözlərinə görə, inteqrasiya edilmiş hesabat sistemi bank sektoruna həmçinin belə bir maliyyə böhranı şəraitində pul kütləsinin hərəkətinin təmin edilməsi, əmək haqlarının və pensiyaların ödənilməsi və müxtəlif sazişlər əsnasında götürülmüş öhdəliklərin yerinə yetirilməsinə imkan verir.

"Gürcüstan Milli Bankı, məqsədi təkmilləşdirilmiş, müasirləşdirilmiş alətlərin və metodologiyanın tətbiqi olan sistemli dəyişikliklərin icrasına başlayıb. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə maliyyələşdirilən layihələrin həyata keçirilməsi Milli Bank strukturunu yaxşılaşdıracaq, onu daha səmərəli banka çevirəcək və xarici təhlükələrdən qoruyacaq. Bunlarla yanaşı, gündəlik əməliyyatların şəffaflığını artıracaq", - deyə Kadaqidze bildirib.

ABŞ səfiri öz növbəsində qeyd edib ki, bu məbləğ avqust müharibəsindən sonra ABŞ-ın Gürcüstana iqtisadi yardım şəklində ayırdığı bir miliyardlıq yardımın bir hissəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti