...

Azərbaycan Auditorlar Palatası və "Ernst & Young"-un Azərbaycandakı filialı birgə seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend /

Maliyyə-mühasibat, audit və maliyyə nəzarəti sistemlərinin təkmilləşdirilməsi istiqamətində son illər ölkədə həyata keçirilən məqsədyönlü işlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı və bu kimi digər normativ aktların qəbul edilməsi mövcud normativ-metodoloji bazanın daha da təkmilləşdirilməsini və normativ sənədlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını zəruri edib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Auditorlar Palatası və "Ernst & Young Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin Azərbaycan Respublikasındakı filialı 2009-cu ilin 5 iyun tarixində "Beynəlxalq Audit Standartlarının məqsədi, əhəmiyyəti və prinsipləri" mövzusunda birgə seminar keçirib.

Seminarın əsas məqsədi audit sisteminin mövcud normativ-metodoloji bazasının daha da təkmilləşdirilməsi və bu sahədəki normativ sənədlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində aparılan islahatların səmərəliliyinin artırılması olub. Bu məqsədə nail olmaq üçün seminarın aşağıdakı vəzifələri müəyyənləşdirilib: Beynəlxalq Audit Standartlarının tətbiqi ilə əlaqədar aparılan islahatların ilkin nəticələrinin sistemli şəkildə təhlil olunması, perspektivlərin müəyyənləşdirilməsi, mövcud problemlərin aşkarlanması, həmin problemlərin yaranma səbəblərinin və aradan qaldırılması yollarının öyrənilməsi və bu əsasda islahatların dərinləşdirilməsi istiqamətində təklif və tövsiyələrin hazırlanması.

Seminarda Auditorlar Palatasının və "Ernst & Yanq Holdinqs (SiAyEs)Bi.Vi." şirkətinin Azərbaycan Respublikasındakı filialının mütəxəssislərinin məruzələri dinlənilib və kollektiv müzakirələr aparılıb. Seminarın əhəmiyyəti "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının icrasına bilavasitə töhfə verməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti