...

Qazaxıstan ÜGT-yə daxil olması ilə bağlı aparılan danışıqlar prosesini dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2009 12:33 (UTC +04:00)

Qazaxıstan, Astana, 15 iyun / Trend , müxbir K.Konırova / 

Qazaxıstan Ümumdünya Gömrük Təşkilatına (ÜGT) daxil olması ilə bağlı aparılan danışıqlar prosesini Gömrük İttifaqı ilə yanaşı ÜGT-yə daxil olmaq məqsədilə dayandırıb. Bu barədə Nursultan Nazarbayev İnvestorlar Şurasında çıxış edərkən bildirib. Nitqin mətni Ak-Ordı saytında yerləşdirilib.  

"Rusiya, Belarus və Qazaxıstan arasıda vahid Gömrük İttifaqının formalaşdırılması invesorlar üçün yeni imkanlar yaradır. Biz 170 milyon əhali ilə, 2008-ci ilin yekunılarına əsasən ÜDM məbləği 2 trilyon təşkil edən vahid bazar yaradırıq", - deyə Nazarbayev bildirib.  

Onun sözlərinə əsasən, 2010-cu ilin iyulun1-dən üç ölkə arasında gömrük rəsmiləşdirilməsi ləğv ediləcək.

"Düşünürəm ki, bu, investorlar üçün əla xəbərdir. Bu səbəbdən mən Şuranın xarici üzvlərini  Qazaxıstanda mövcud olan imkanlara investorları cəlb etmək məqsədilə beynəlxalq işgüzar və maliyyə dairələri ilə əlaqələrindən istifadə etməyə çağırıram. Bu, sizin tərəfinizdən bizim iqtisadiyyatımıza böyük yardım olacaq", - deyə hökumət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti