...

Azərbaycan MDB-nin İqtisadi Şurasının 42-ci iclasında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir İ.Xəlilova /

İyunun 19-da Kişinyovda ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 42-ci iclası keçiriləcək. İclasda Azərbaycanı ölkənin Moldovadakı fövqaladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə təmsil edəcək, bu barədə cümə axşamı hökumətdən bildirilib.

Bu görüşlər ənənəvi olaraq yalnız Moskvada keçirilirdi.

İclasda MDB-nin doqquz ölkəsinin - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna və Ermənistan dövlətlərinin nümayəndələri iştirak edəcək.

İclasın gündəliyində 14 məsələ yer alır. Bu məsələlər arasında beynəlxalq nəqliyyat dəhlizinin inkişafı sahəsində MDB-nin üzv dövlətlərinin əməkdaşlığı, Birlik çərçivəsində məhsul mənşəyi, milli elektrik enerjisi sistemlərinin qarşılıqlı şəkildə qoşulması üçün elektrik şəbəkələrinin istismara verilməsi kimi məsələlər mühim yer tutur.

"Bununla yanaşı, kadr rotasiyası, 2008-ci ilin büdcəsinin icra edilməsi, 2020-ci ilə kimi inkişaf strategiyası (üçmərhələli strategiyanın birinci mərhələsi müzakirə ediləcək), 2010-cu ilə kimi borc proqramının həyata keçirilməsi və həmçinin digər cari məsələlər müzakirə ediləcək", - deyə hökumətdən bildirilib.

Əvvəllər də olduğu kimi, Azərbaycan hərbi məsələlərin müzakirəsində iştirak etmir. Bu barədə mənbədən bildirilib.

MDB-nin İqtisadi Şurasının 42-ci islasına birinci vitse-prezident, Moldovanın iqtisadiyyat və ticarət naziri İqor Dodon sədrlik edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti