...

Azərbaycan bankı Bank Respublika depozit siyasətini dəyişməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2009 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı Bank Respublika depozit siyasətini dəyişməyəcək. Bu barədə Bank Respublika-nın idarə heyətinin üzvü Aqşin Əmirov bildirib.  

"Bankın depozit portfelinin artımı üç-dörd milyon manat təşkil edir. Buna görə də bankın depozit siyasətini dəyişməyə ehtiyac yoxdur", - deyə Əmirov bildirib.

Onun sözlərinə görə, bank depozitinin orta dərəcəsi 14 faiz təşkil edir.

İllik 14 faiz artımla cari ilin iyunun 1-nə Bank Respublika müştərilərinin hesabındakı vəsaitlərin həcmi 151,1 milyon manatı ötüb. Bank Respublika-da fiziki şəxslərin vəsaitləri 2008-ci ilin analoji dövrü ilə müqayisədə 12,1 faiz artaraq 89,6 milyon manata çatıb. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi 21 faiz artaraq 75 milyon manatı ötüb. 2008-ci ilin analoji dövründə bu göstərici 62,1 milyon manat təşkil edib.

Bank Respublika fəaliyyətə 1992-ci ildə başlayıb. Bankın səhmdarları sırasına Almaniyanın iki böyük maliyyə təşkilatı - bankda 25 faiz həcmində səhm paketi və bir aksiya ilə KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe şirkətinin üzvü SIDT şirkəti daxildir.

Bakıda və ölkə regionlarında Bank Respublika-nın 32 filialı və şöbəsi fəliyyət göstərir.

İyunun 22-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti