...

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası lizinq fəaliyyətinin tənzimlənməsi üzrə tövsiyələr hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2009 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası lizinq fəaliyyətinin tənzimlənməsi üçün təkliflər paketi hazırlayır və onu hökumətə təqdim edəcək", - bu gün assosiasiya rəhbəri Elçin Əhmədov bildirib.

"Assosiasiya Mülki və Vergi məcəllələrinə dəyişikliklərin tətbiq edilməsi üçün təkliflər hazırlayır", - Əhmədov deyib.

Onun sözlərinə görə, assosiasiya lizinq fəaliyyətini tənzimləyən xüsusi qanunun hazırlanması məsələsini müzakirə edir.

Əhmədov Bildirib ki, dəyişikliklər Mülki məcəllə üzrə 2010-cu ildə, Vergi məcəlləsi üzrə 2011-ci ildə təqdim olunacaq.

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası Ataleasing, Unileasing, Muganleasing şirkətləri tərəfindən 2004-cü ildə təsis olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti