...

Türkmənistanda "donuz qripi"nin profilaktikasına ciddi nəzarət rejimi tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2009 14:41 (UTC +04:00)
Türkmənistanda "donuz qripi"nin profilaktikasına ciddi nəzarət rejimi tətbiq edilib

Türkmənistan, Aşqabad, 27 iyun / Trend , müxbir H.Həsənov /

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov "donuz qripi"nin (А/Н1N1 virusu) profilaktikası məsələsini ciddi nəzarət altında saxlamağı tələb edib. O qeyd edib ki, ölkənin Sanitar-Epidemioloji Xidməti bütün lazımi vəsait və avadanlıqlarla təchiz edilib. Bu barədə şənbə günü yerli rəsmi KİV-lər məlumat verib.

Berdimuhammedov bu sahədə beynəlxalq təşkilatlar, ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın vacibliyini qeyd edib.

Son hökumət müşavirəsində Baş nazirin müavini Xıdırqulu Saparlıyev ciddi xəstəliklərin yayılması ilə mübarizə üzrə fövqəladə komissiyanın işi ilə bağlı hesabat verib. Onun sözlərinə görə, Türkmənistanda bu təhlükəli infeksiyanın ölkəyə daxil olmasının qarşısının alınması üçün etibarlı sədd çəkilməsinə yönəldilmiş profilaktik tədbirlərin tam kompleksi həyata keçirilir.

Türkmənistanda hələ yazda, bu virusun geniş yayılmağa başladığı zaman ölkəyə girişdə, həmçinin Aşqabad hava limanında, sonradan Türkmənbaşı şəhərinin dəniz limanında hər gələn sərnişinin hərarətini uzaqdan ölçən termoskaner quraşdırılmışdı.

A/H1N1 virusu "A" donuz qripinin müxtəlif növlərindən biri vasitəsilə ortaya çıxan, yetərincə ciddi yoluxucu respirator xəstəlikdir. Virus hava-damçı yolu ilə, xəstəliyin simptomlarını görə bilməyən virus daşıyıcıları ilə birbaşa və dolayı əlaqə zamanı yayılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti