...

Azərbaycan banklarının depozit bazası may ayı ərzində artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir N.İsmayılova /

2009-cu ilin may ayında Azərbaycan banklarının depozit bazası 0,3 faiz artıb, yanvar-may aylarında 26,1, illik hesablamalarda isə 16,7 azalıb. Bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

AMB-nın məlumatlarına əsasən, 2009-cu il iyun ayının 1-nə bank depozitlərinin ümumi həcmi və hüquqi və fiziki şəxslərin əmanətləri 3215,3 milyon manat təşkil edib. 2009-cu il may ayının 1-də bu göstərici 3205,4 milyon manat, yanvarın 1-də 4348,5 milyon manat və 2008-ci ilin əvvəlində 3857,9 milyon manat təşkil edib. Depozitlərin ümumi həcminin 1414,5 milyonu manat, 1800,8 milyonu isə valyutanın payına düşür.

May ayında fiziki şəxslərin əmanəti 1,1 faiz azalıb, hüquqi şəxslərin depozitləri isə 2,3 faiz artıb. Yanvar-may aylarında fərdi müştərilərin depozitləri 3,1 faiz, korporativ müştərilərin depozitləri isə 43,9 faiz azalıb. Hüquqi şəxslərin depozitlərinin 39,2 faiz azaldığı halda fiziki şəxslərin əmanətlərinin illik hesablanması zamanı 15,1 faiz artım müşahidə edilib.

2009-cu il iyun ayının əvvəllərində ölkə banklarında fiziki şəxslərin əmanətləri 1844,9 manat təşkil edib. Bu göstərici may ayının 1-də 1865,8 milyon manat, yanvarın 1-də 1903,7 milyon və 2008-ci ilin iyunun 1-də 1603,2 milyon manat təşkil edib. 

İyunun əvvəllərində hüquqi şəxslərin depozitlərinin həcmi 1370,4 milyon manat təşkil edib. May ayının 1-də bu göstərici 1339,7 milyon manat, yanvarın 1-də 2444,9 milyon manat, ötən ilin iyun ayının 1-də isə  2254,5 milyon manat təşkil edib.

İyunun 1-də fiziki şəxslərin əmanətlərinin 692,5 milyon manatı milli valyuta ilə, 1152,4 milyon manatı isə SDV ilə həyata keçirilib.

Hüquqi şəxslərin depozitlərinin 722 milyonu manat ilə, 648,4 milyon manatı SDV ilə həyata keçirilib.

İyulun 2-nə rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti