...

USAID yeni bank məhsullarının hazırlanmasında Azərbaycan bankı NBC Bank-a kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2009 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir N.İsmayılova /

İyulun 1-də Azərbaycan bankı NBC Bank-ın səhmləri 44,49 manat təşkil edib. Keçən illə müqayisədə göstərici 28,38 faiz artıb. Bu barədə çərşənbə axşamı bankdan verilən məlumatda bildirilir.

Hesabat dövründə depozit portfeli 99,68 faiz artaraq 13,43 milyon manat olub. Bankın ümumi kapitalı iyunun 1-nə 16,18 milyon manat təşkil edib.

"NBC Bank" ASC və "Bankworld Inc" arasında 2008-ci il 19 sentyabrında texniki dəstək alınması barədə memorandum imzalanıb. Bu proqram çərçivəsində USAID (Beynəlxalq İnkişaf üzrə Birləşmiş Ştatlar Agentliyi) tərəfindən texniki dəstək il ərzində bir neçə mərhələdə həyata keçirilir. O özündə kredit agentləri üçün treninqlər, yeni bank kreditləşdirmə standartlarının hazırlanmasında konsultasiya xidmətlərinin göstərilməsi, mövcud olanların optimallaşdırması və yeni məhsulların inkişafını birləşdirir.

USAID-in köməyi ilə bank artıq müştərilərin bugünkü tələbatını ödəmək üçün nəzərdə tutulmuş yeni "Depozit 007" məhsulunu hazırlayıb. "Depozit 007" məhsulunun maksimal tarif dərəcəsi illik 20,5 faizdir.

NBC Bankın "VTB" ASC, "Akbank", "Raiffesien ZentralBank Österreich", "Bank Turanalem", "HVB Bank", "İmpeksbank", "PrivatBank", "AIZKRAUKLES BANKA" və "BANK AUSTRIA CREDITANSALT" ilə müxbir əlaqəsi var.

NBC Bank Sığortaların Depozit Fondunun üzvüdür.

Bankın Bakıda Yasamal, Gənclik, Sahil, Səbail, 1 nömrəli və regionlarda - Gəncə və Sumqayıtda filial şəbəkələri var.

İyulun 07-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti