...

Azərbaycan bankları tərəfindən avtokreditlərin verilmə şərtləri daha sərfəli olmağa başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir N.İsmayılova /

"Azərbaycan bankları tərəfindən avtokreditlərin verilmə şərtləri daha sərfəli olmağa başlayır", - lider avtomobil istehsalçılarının Azərbaycan nümayəndəliklərindən deyilib. Bir çox avtosalonlar tərəfdaş-bankları dəyişirlər, ancaq buna baxmayaraq, avtokreditlərin verilmə şərtləri əvvəlki səviyyədə qalır, yaxud da faiz dərəcəsinin azalmasına istiqamətlənib.

"Subaru" avtosalonunda bildiriblər ki, salon Bank Respublika ilə əməkdaşlıq edir və avtomobilin kreditlə alınması ilkin 15 faizlik ödənişlə, maksimal müddəti dörd il olmaqla illik 9-19 faizlə mümkündür. Əvvəl bank ilkin ödəniş 30-50 faiz olmaqla beş il müddətinə, illik 19-22 faizlə kredit verirdi. Salon həmçinin avtomobillərin lizinqə ilkin ödəniş 15 faiz, maksimum dörd il müddətinə illik 19 faizlə verilməsinə də başlayıb.

"Audi" və "Volkswagen" avtosalonlarında deyilib ki, salonlar hazırda "Yapi Kredi Azerbaijan"-la əməkdaşlıq edir. Şərtlər ilkin ödəniş 30 faiz, maksimum üçillik, ildə 18 faizlik kreditdir. Əvvəllər kreditlər eyni şərtlərlə Bank Standard və Azərbaycan Beynəlxalq Bankı vasitəsilə həyata keçirilirdi.

"Hyundai" avtosalonundan bildiriblər ki, salon avtomobil alınması üçün kredit almağın mümkün olduğu bankların siyahısını genişləndirib. Bank of Baku vasitəsilə kredit şərtləri: ilkin ödəniş 25 faiz, maksimum üçillik, ildə 20 faiz. Azərbaycan Beynəlxalq Bankının kredit şərtləri: ilkin ödəniş 20 faiz, maksimum üçillik, ildə 20 faiz. Əvvəllər salon yalnız Bank of Baku ilə əməkdaşlıq edirdi.

"Nissan" və "Ford" avtosalonları məlumat veriblər ki, onlarda kreditlər NBC Bank vasitəsilə alınır. Şərtlər belədir: ilkin ödəniş 20 faiz, maksimum beşillik, ildə 24 faiz. Əvvəllər illik faiz dərəcəsi 23 faiz təşkil edirdi. İlkin ödəniş 50 faiz olduqda müştəri qarşıdakı iki il ərzində illik faizlərdən azad edilirdi.

"Toyota" avtosalonunda bildirdilər ki, hazırda avtomobillərin kreditlə satışı Azerdemiryolbank vasitəsilə aparılır. Şərtlər ilkin ödəniş 20 faiz, maksimum üçillik, ildə 23 faiz həddindədir.

Müştəri bazasının artırılması məqsədi ilə avtosalonlar diskont proqramlarını davam etdirirlər. Bu proqramlar çərçivəsində 10-15 faiz səviyyəsində güzəştlər tətbiq edilə bilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti