Azərbaycan, Bakı, 10 iyul / Trend /
"Azərbaycan bankı Azfinansbank Bakı Banklarası Valyuta Birjasının (BBVB) üzvü olub", - birjanın cümə günü yayılmış məlumatında deyilir.
"Bu qərar BBVB-nin səhmdarları tərəfindən qəbul edilib", - məlumatda deyilir.
Azfinansbank BBVB-nin valyuta bölməsinin 45-ci üzvü olub.
Azərbaycan Mərkəzi Mərkəzi 28 noyabr 2008-ci ildə "Azfinansbank" ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları bir hüquqi və iki fiziki şəxsdir. Bankın nizamnamə kapitalı 10 milyon manatdır.
Rəsmi fəaliyyətə bu ilin fevralında başlayan Azfinansbank, 2009-cu ilin sonuna qədər Azərbaycanın 10 ən yaxşı bankı sırasına daxil olmağı planlaşdırır.