...

Avropa İttifaqı Gürcüstana donor yardımını azaltmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 10:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 iyul / Trend , müxbir N.Kirtsxaliya /

Avropa İttifaqı Gürcüstana donor yardımının azaldılması faktını təkzib edir. Avropa Komissiyasının bu ölkədəki missiyasının bəyanatında deyildiyi kimi, iqtisadi stabillik və dirçəliş çərçivəsində AK Gürcüstana 500 milyon avro məbləğində yardım ayırmalıdır.

Gürcüstan Avropa Komissiyasından 165 milyon avro məbləğində vəsaiti qrant kimi alıb. Cari ildə 150 milyon avrodan çox yardım alınması gözlənilir.

Avropa İttifaqı ötən ilin avqust ayında Gürcüstan-Rusiya hərbi əməliyyatlarından sonra Gürcüstana 500 milyon avro ayrılması haqqında qərar verib. 

Qlobal maliyyə böhranı ilə əlaqədar olaraq Avropa İttifaqının cari ildə yardımı azaltması və əsas məbləğin növbəti ildə ayrılması haqqında məlumatlar yayılmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti