...

"Azərbaycan Dəmir Yolları" QSC yeni lokomotivlər alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2009 18:55 (UTC +04:00)
Dəmiryol ilə tranzitə və ticarətə yardım layihəsinin realizəsi üçün Dünya Bankının krediti çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC artıq gələn il 50 yeni elektrik lokomotivi almağı planlaşdırır.

Azərbaycan, Bakı, 03 avqust / Trend , müxbir E.İsmayılov /

Dəmiryol ilə tranzitə və ticarətə yardım layihəsinin realizəsi üçün Dünya Bankının krediti çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC artıq gələn il 50 yeni elektrik lokomotivi almağı planlaşdırır. Bu barədə bazar ertəsi QSC-nin baş mühəndisi Qurban Nəzirov deyib.

"Bu il xüsusi sənədləşmənin hazırlığına başlanıla bilər. Yeni lokomotivlərin alınması barədə isə gələn il danışmaq olar", - Nəzirov deyib.

O bildirib ki, yeni lokomotivlərin istehsalçıları barədə elan olunacaq beynəlxalq tenderin yekunundan sonra danışmaq olar.

Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev dəmiryol ilə tranzit və ticarətə yardım layihəsi üzrə ümumi məbləği 673,8 milyon dollar olan, Dünya Bankı ilə imzalanmış kredit müqaviləsini bəyənib.

Bu layihənin reallaşması üçün DB hələ keçən ilin martında 450 milyon dollar kreditin ayrılmasına icazə verib.

Kredit resursları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə 17 il müddətinə, 4 illik güzəşt dövrü ilə, libor+0,05 faiz dərəcəsi ilə verilib. Qalan hissə Azərbaycan hökumətinin hissəsi hesabına təmin ediləcək.

Layihə üç komponentdən ibarətdir. Birinci komponent üzrə dəmiryol təsərrüfatının, xüsusən də Bakıdan Gürcüstan sərhədinədək (317 km) hissənin bərpası, 3,3 kV daimi cərəyandan 25 kV-yə keçid, elektrik qüvvəsi ilə təchizetmə sisteminə keçidlə əlaqədar olaraq siqnal sisteminin dəyişdirilməsi nəzərdə tutulur.

İkinci komponent çərçivəsində 50 elektrik lokomotivinin gətirilməsi, üçüncü komponent çərçivəsində isə, QSC-nin fəaliyyətini müasirləşdirmək və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq nəzərdə tutulur. Hazırda hökumətdə onun səhmdar cəmiyyətə dəyişdirilməsi nəzərdən keçirilir. Layihə 4 ilə hesablanıb.

Götürülmüş vəsait qismən (235 milyon dollar) dövlət büdcəsinin vəsaiti, 215 milyon dollar isə "Azərbaycan Dövlət Dəmir Yolunun xüsusi vəsaiti hesabına ödəniləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti