...

Latviyanın Parex Bankı azərbaycanlı sahibkarlarla əlaqələr qurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2009 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir N.İsmayılova /

Latviyanın Parex Bankı Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumu çərçivəsində azərbaycanlı sahibkarlarla iqtisadiyyatın müxtəlif sahələrində yeni əlaqələr qurur, bazar ertəsi Parex Bankın kapitalın idarəsi direksiyasının rəhbəri və baş vitse-prezident Robert İdelson  bildirib.

"Latviya Prezidentinin Azərbaycana səfəri və keçirilən forum bankın yerli müştərilərinə baş çəkmək, onlarla söhbət aparmaq və ölkə iqtisadiyyatının vəziyyətini nəzərdən keçirmək üçün yaxşı imkandır", - İdelson bildirib.

Onun sözlərinə əsasən, bankın nümayəndə heyətinin rəsmi səfəri və konkret layihələr müzakirə olunmayacaq.

"Bu səfərin məqsədi azərbaycanlı sahibkarlar və bankımızın və lizinq şirkətinin imkanları ilə maraqlanan şəxslərlə müxtəlif sahələrdə yeni əlaqələr qurmaqdır", - İdelson bildirib.

Parex Bankı 1992-ci ildə təsis edilib. Dünyanın 12 ölkəsində, həmçinin Berlin, Stokholm, Tallində bankın nümayəndəlikləri, filialları və törəmə müəssisələri yerləşir. Azərbaycanda bankın nümayəndəliyi fəaliyyət göstərir. Parex Bank Latviyada və Litvada American Express ilə əməkdaşlıq üzrə  yeganə tərəfdaşdır və American Express-in kredit kartlarını buraxmaq hüququna malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti