...

Azərbaycan bankı daha iki beynəlxalq sistemlə pulköçürmə sistemini birləşdirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2009 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir H.Vəliyev /

Azərbaycan bankı "Zamin Bank" ASC Caspian Money Transfer (CMT) sisteminin beynəlxalq LIDER və INTEL EXPRESS sistemləri ilə inteqrasiya prosesini tamamlayıb. Bu barədə bankın məlumatında deyilir.

Bu inteqrasiya nəticəsində CMT sisteminə LIDER və INTEL EXPRESS sistemlərinə məxsus olan Rusiya, Böyuk Britanya, Türkiyə, İtaliya, İspaniya, Yunanıstan, Gürcüstan, Belarus, Moldova, Ukrayna, Qazax;stan, Özbəkistan və Litvada yerləşən ümumilikdə 7000 yeni məntəqə əlavə olunub.

CMT sistemi həmçinin "Zolotaya Korona" və "AVERS" sistemləri ilə də inteqrasiya edib və indi də bu sistemlərlə əməkdaşlıq edir.

Hazırda CMT sistemi vasitəsilə müştərilər aşağıda qeyd olunan ölkələrə pul köçürə bilərlər: Azərbaycan, Rusiya, Böyük Britanya, Türkiyə, İtaliya, İspaniya, Yunanıstan, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Tacikistan, Litva, Qırğızıstan və Moldova.

CMT sistemi vasitəsilə pulköçürmə üzrə komissiya 1,5-2 faiz təşkil edir.

Azərbaycanın pulköçürmə sisteminin (2008-ci ildən fəaliyyət göstərir) yaradılmasının vacibliyi hər ay pul köçürən ölkə xaricindəki böyük sayda həmvətənlərlə əlaqədardır. Ukraynada onların sayı 800 min, Rusiyada isə iki milyondan artıqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti