...

Azərbaycan ərazisi vasitəsilə 7 ay ərzində 3,5 milyon tondan çox yük daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2009 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir Ü.İsmayılov /

Yanvar-iyul ayları ərzində nəqliyyat vasitələri Azərbaycana 23,33 milyon ton yük gətiriblər ki, bu da 2008-ci ilin yanvar-iyul aylarına nisbətən 66,78 faiz azdır. Bu haqda şənbə günü Dövlət Gömrük Komitəsi xəbər verib. Bu vaxt ərzində ixrac edilən yük 19,02 milyon ton, idxal edilən yük isə 4,305 ton təşkil edib.

Bu müddət ərzində dəniz nəqliyyatı ilə - 168,3 min ton yük, dəmiyolu ilə - 1,8 milyon ton, avtomobil yolu ilə - 249,7 min ton, hava yolu ilə - 828,5 min ton yük ixrac edilib. Boru kəməri ilə daşınma isə 15,975 milyon ton təşkil edib. Dəniz nəqliyyatı ilə - 178,2 min ton, dəmir yolu ilə - 3,2 milyon ton, avtomobil nəqliyyatı ilə - 846 min ton, hava yolu ilə isə 12,9 min ton yük idxal edilib. 

Azərbaycan ərazisi vasitəsilə 7 ay ərzində 3,62 milyon ton yük daşınıb, bu da ötən ilin yeddi ayı üzrə göstəricidən 7,19 faiz və ya 280,6 min ton azdır.

Azərbaycandan İsveçrəyə - 1,26 milyon ton, Bermud adalarına - 497,9 min ton, İtaliyaya - 768,1 min ton, Gürcüstana 342 min ton, Türkmənistana - 232,6 min ton, Tacikistana - 170,5 min ton, Rusiyaya - 79,4 min ton, Türkiyəyə - 55,8 min ton, İrana isə 135 min ton yük daşınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti