Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir İ.Xəlilova /
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,04 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80402 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi avqustun 18-də 1 ABŞ dolları üçün 0,8041 manat, minimum isə 1 ABŞ dollarına 0,8040 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
10 avqust |
0,8043 |
17 avqust |
0,8040 |
11 avqust |
0,8043 |
18 avqust |
0,8041 |
12 avqust |
0,8043 |
19 avqust |
0,8040 |
13 avqust |
0,8040 |
20 avqust |
0,8040 |
14 avqust |
0,8040 |
21 avqust |
0,8040 |
Həftə ərzində orta |
0,80418 |
Həftə ərzində orta |
0,80402 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80394 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqustun 17-də sövdələşmə 0,8041 AZN/USD məzənnə ilə $3 mln, avqustun 18-də 0,8041 AZN/USD məzənnə ilə $0,31 mln, avqustun 19-da 0,8041 AZN/USD məzənnə ilə $2,28 mln, avqustun 20-də 0,8037 AZN/USD məzənnə ilə $0,05 mln və avqustun 21-də 0,8037 AZN/USD məzənnə ilə $0,3 mln.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi |
|||
10 avqust |
0,8034 |
17 avqust |
0,8041 |
11 avqust |
0,8034 |
18 avqust |
0,8041 |
12 avqust |
0,8041 |
19 avqust |
0,8041 |
13 avqust |
0,8041 |
20 avqust |
0,8037 |
14 avqust |
0,8041 |
21 avqust |
0,8037 |
Həftə ərzində orta |
0,80382 |
Həftə ərzində orta |
0,80394 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti bir manat düşüb: alış səkkiz, satış isə doqquz manat təşkil edib. Artıq neçə aydır ki, qiymətlər 9-10 manat səviyyəsində qalırdı. Qiymətlərin belə azalması [bəzən 2009-cu ilin əvvəllərində çeklərin qiyməti 20 manatı ötürdü] dövlət əmlakının özəlləşdirilməsi templərinin azalması ilə izah olunur.
Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub. Bu gün çeklərin 75 faizi istifadədən çıxarılıb, onların istifadə müddətinin artırılması üzrə növbəti tarix isə hələ müəyyən olunmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]