...

Amerikanın Rosemount şirkəti Azərbaycan bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2009 15:24 (UTC +04:00)
Azərdəmiryolbank-da Amerikanın Rosemount Capital Management şirkətinin prezidenti Ceyms Lkatski ilə əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi məsələlərinin müzakirə edilməsi məqsədilə görüş keçirilib, bu barədə bankın çərşənbə günü yayılna məlumatında deyilir.
Amerikanın Rosemount şirkəti Azərbaycan bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Azərbaycan, Bakı, 09 sentyabr / Trend /

Azərdəmiryolbank-da Amerikanın Rosemount Capital Management şirkətinin prezidenti Ceyms Lkatski ilə əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi məsələlərinin müzakirə edilməsi məqsədilə görüş keçirilib, bu barədə bankın çərşənbə günü yayılna məlumatında deyilir.

Ötən ilin sentyabrında Rosemount Capital Management və Portuqaliyanın BANIF bankı ilə imzalanan müqaviləyə əsasən, Azərdəmiryolbank 16 milyon dollar həcmində sindikatlaşdırılmış kredit əldə edib. Bu müqavilə çərçivəsində Rosemount Capital Management şirkəti Azərdəmiryolbank üçün ixrac və idxal əməliyyatlarının kreditləşməsinə11 milyon dollar həcmində vəsait ayırıb.

Qonağa Azərdəmiryolbank-ın bank sektorunda mövqeyi, gələcək planları, bankda SAP sisteminin tətbiqi barədə məlumat verilib. Qonaq Azərdəmiryolbank-ın cari fəaliyyətini və kredit təşkilinin həyata keçirilməsini yüksək qiymətləndirib.

"Azırdəmiryolbank-ın ABŞ-ın maliyyə bazarındakı nüfuzlu Rosemount Capital Management şirkəti ilə əməkdaşlığı 2007-ci ildən başlayıb. Bu əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Ötən il imzalanan müqavilə beynəlxalq ticarət üzrə əməliyyatların kreditləşməsi sahəsində əlavə imkanlar yaradıb. Biz sözügedən əməkdaşlığın səmərəli inkişafına ümi edirik, bunun üçün bütün imkanlar mövcuddur", - görüşdə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Azərbaycanın ilk banklarından biri Azərdəmiryolbank 1989-cu ildə təsis edilib. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiyanın Maliyyə İnkişaf Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatları var.

Xəbər lenti

Xəbər lenti