...

Azərbaycan 40 min baş cins mal-qara almaq niyyətindədir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2009 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

2009-2015-ci illərdə Azərbaycana 40 min baş cins mal-qaranın alınması üçün 80 milyon manat ayrılması planlaşdırılır, bu barədə kənd təsərrüfatı naziri İsmət Abbasov rəsmi mətbuata müsahibəsində bildirib.

"Son beş il ərzində ölkə 16 min baş cins mal-qara alıb, bu dövr ərzində ət istehsalı 30,7, süd istehsalı isə 18,3 faiz artıb", - nazir qeyd edib.

Onun sözlərinə əsasən, Almaniyadan 776 baş cins mal-qaranın idxalı ölkədə bu növün 1,2 minə kimi artmasına səbəb olub.

"Digər ölkələrdən də cins mal-qaranın alınması üzrə təklif gələrsə, biz həmin təkliflərə baxmağa hazırıq", - nazir bildirib.

"Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı yeddi ay ərzində2,1 faiz artıb", - Abbasov əlavə edib.

Xəbər lenti

Xəbər lenti