...

Azərbaycan Prezidenti Bakı – Quba – Rusiya sərhədi avtomobil yolunun açılışında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2009 18:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakı - Quba - Rusiya sərhədi avtomobil yolunun (16-134 kilometrlər) bərpa ediləndən sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Azərbaycan Prezidenti Bakı – Quba – Rusiya sərhədi avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan, Bakı, 18 sentyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakı - Quba - Rusiya sərhədi avtomobil yolunun (16-134 kilometrlər) bərpa ediləndən sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.

Bakı - Quba - Rusiya sərhədi avtomobil yolunun 16-134 kilometrliyində beton örtüyünün yenidən qurulması və düzülməsi işlərinə ötən ilin mayında başlanılıb. Bu dövr ərzində yolun 118 kilometrində 28-30 sm qalınlığında beton örtük döşənib. Layihənin podratçısı Akkord şirkəti olub.

Yolun yenidən qurulması çərçivəsində kommunikasiya infrastrukturunun inşası və dəyişdirilməsi həyata keçirilib, 20 körpü, malqaranın keçməsi üçün 9 keçid tikilib.

Həmçinin hazırda Dəvəçi şəhərində Dəvəçiçay üzərindən ölkədə ən uzun və hündür asma körpünün inşası davam etdirilir.

Körpü 16 aşırımdan ibarətdir, onun uzunluğu 544 metr, eni 23 metr, hündürlüyü 21 metrdir. Körpünün seysmikliyə davamlılığı 8-9 balla qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti