Azərbaycan, Bakı, 25 sentyabr / Trend /
Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatın (avtobusların) dayanacaqdan kənarda saxlanılmasına görə böyük miqdarda (200-dən 1000 manata kimi) cərimələrin tətbiqinə başlayıb. Bu barədə Nəqliyyat Nazirliyi adından xəbərdarlıq bir çox avtobuslarda var.
Nəqliyyat Nazirliyindən Trend -a sərnişin daşınması qaydalarına riayyət etməyən ictimai nəqliyyat sürücülərinə qarşı tədbirlərin həyata keçirilməsi üzrə qərar qəbul edilməsi barədə məlumatı təsdiqləyiblər. Lakin cərimələrin məbləği barədə məlumat verilməyib.
Agentliyə Azərbaycan Nəqliyyat Nazirliyinin "Bakə Şəhər Nəqliyyatı" Departamentindən bildirildiyi kimi, indiyə kimi bu idarənin əməkdaşları tərəfindən sərnişin daşınması qaydalarına riayyət edilməməsinə görə sürücülərə qarşı tədbirlər həyata keçirilib. Sürücülər marşrutlardan kənarlaşdırılıblar. Departamentdən bildirildiyi kimi, avtobusların dayanacaqdan kənarda saxlanılmasının səbəbi çox vaxt sərnişinlərin sürücüdən nəqliyyat vasitəsini saxlamağı tələb etmələri olur.