Azərbaycan, Bakı, 02 oktyabr / Trend /
Sentyabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) BFB-nin (Bakı Fond Birjası) analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Caspian Financial ltd" MMC başçılıq edir. Şirkət 2 müştəriyə ümumi dəyəri 11,5 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə Bakı Fond Birjasından cümə günü yayılan məlumatda deyilir.
İkinci yeri isə 1 müştəriyə ümumi həcmi 9,9 milyon manat olan broker xidmətləri göstərən "Yapı Kredi İnvest" tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 1,51 milyon manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 9,2 milyon manatla "BoB Broker" qərarlaşıb.
Qeyd edək ki, iyul ayında brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə azalıb. Belə ki, avqust ayında göstərilən broker xidmətlərin öndə gedən məbləği 17,16 milyon manat təşkil edib.
2009-cu il sentyabr ayı üzrə DQK bazarında göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinq
Xidmətlərin həcminə görə əvvəlki yeri |
Brokerlər |
Əqdlərin sayı |
Müştərilərin sayı |
Əməliyyatların həcmi (AZN) |
|
1 (▲) |
10 |
"Caspian Financial ltd" MMC |
5 |
2 |
11,497,089.84 |
2 (▲) |
3 |
"Yapi Kredi İnvest" MMC |
2 |
1 |
9,991,395.92 |
3 (▲) |
5 |
"BoB Broker" MMC |
5 |
1 |
9,201,445.42 |
4 (-) |
4 |
"Texnika Kapital Menecment" MMC |
14 |
4 |
8,741,441.92 |
5 (▲) |
6 |
"Çelsi Kapital" MMC |
7 |
3 |
8,299,045.46 |
6 (▲) |
7 |
"Respublika İnvest" MMC |
3 |
2 |
7,294,435.78 |
7 (▼) |
1 |
"Unicapital" ASC |
2 |
2 |
3,148,150.88 |
8 (-) |
8 |
"Standard Kapital" MMC |
2 |
2 |
2,620,514.26 |
Oktyabrın 02-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.